İyun 19, 2025-10:25
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Fariz İsmayılzadə: Hindistanın Ermənistanı silahlandırması Azərbaycan üçün milli təhlükəsizlik problemi yaradır

2025:05:14 - 14:25
in SİYASƏT, SOSİAL
A A

Hindistanın Ermənistana dəstəyi, silahlandırması, raket və digər avadanlıqlar göndərməsi Azərbaycan üçün milli təhlükəsizlik problemi yaradır.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Fariz İsmayılzadə komitədə keçirilən “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirədə deyib.

Onun sözlərinə görə, Azərbaycanın nüfuzu dünyada sürətlə artır:

“Xüsusilə COP29, Qoşulmama Hərəkatının sədrliyi dövründə və digər çoxtərəfli diplomatiya sahələrində ölkənin hörməti çox artıb. Bu, azərbaycanlı diplomatların nailiyyətidir”.

Deputat bildirib ki, Azərbaycan dünyada bir-birilə düşmən olan, rəqabət aparan ölkələr arasında çox incə balans seçməyi bacarır:

“Məsələn, İran və İsrail arasında balanslı siyasət aparırıq. Hər iki ölkə ilə kifayət qədər yaxşı əlaqələrimiz var. Qərb ölkələri ilə Rusiya arasında da rəqabət var. Çalışırıq ki, hər iki ölkə ilə dostluq münasibətlərini qoruyaq. Hətta Ukraynadakı problem kimi incə məsələdə də balans seçməyi bacarmışıq. Lakin Hindistan-Pakistan məsələsində həmin balansı tapa bilməmişik. Nəzərə alsaq ki, gündən-günə, ildən-ilə Hindistanın iqtisadi, siyasi, hərbi gücü artır, biz bu barədə düşünməliyik. Çünki bu siyasət artıq gəlib Cənubi Qafqaza da çatıb. Hindistanın Ermənistana dəstəyi, silahlandırması, raket və digər avadanlıqlar göndərməsi bizim üçün milli təhlükəsizlik problemi yaradır”.

Əvvəlki Yazı

Gürcüstan məhkəməsi keçmiş müdafiə naziri Okruaşvilini həbs edib

Növbəti Yazı

Humay Axundzadə: Azərbaycanda ailə strukturu dəyişib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.