İdarə etdiyi “Chevrolet” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan Murad Əliyev Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində tədbir görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə M.Əliyev sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla, 15 sutka inzibati qaydada həbs edilib.