İyun 17, 2025-18:08
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Xorvatiyada qeyd olunub

2025:05:14 - 17:46
in SİYASƏT
A A
Zaqreb, 14 may, AZƏRTAC
Azərbaycanın Xorvatiyadakı səfirliyi Zaqreb şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə musiqili tədbir keçirib. Tədbirdə Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç, Xorvatiya Respublikasının dövlət qurumlarının rəsmiləri, Xorvatiya Parlamentinin üzviləri, Zaqrebdə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, həmçinin ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışaraq, onun dünya şöhrətli siyasi xadim olduğunu, azərbaycançılıq ideologiyasının əsasını qoyduğunu, müdrik siyasəti və uzaqgörənliyi sayəsində müasir və güclü Azərbaycan dövlətinin yaradıldığını, siyasi fəaliyyətinin nəinki Azərbaycanda, dünyanın bir sıra ölkələrində tədqiq edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra səfir, Ulu Öndərin həm sovet dövründə, həm də müstəqillik illərində xalqımız və dövlətimiz qarşısındakı müstəsna xidmətlərini qeyd edərək, onun tutduğu qətiyyətli mövqe, apardığı uğurlu siyasət nəticəsində bu gün Azərbaycanın dünya miqyasında layiqli yer tutduğunu, beynəlxalq birliyin nüfuzlu və etibarlı tərəfdaşına çevrildiyini vurğulayıb.

Ulu Öndərin siyasi kursunun bu gün onun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulayan səfir, ölkəmizin müasir dövrdə əldə etdiyi çoxsaylı uğur və nailiyyətlər haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun 2020-ci ildə 44 günlük Vətən Müharibəsi zamanı öz əzəli torpaqlarını erməni işğalından azad etdiyini, 2023-cü ilin sentyabrında isə 23 saat davam edən antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünü tamamilə bərpa etdiyini, bu böyük qələbənin məhz Ulu Öndər Heydər Əliyevin zamanında atılmış mühüm addımların nəticəsində əldə etməyin mümkün olduğunu diqqətə çatdırıb.

Tədbirdə musiqiçilər İsmayıl Zülfüqarov və Nərgiz Əliyeva Azərbaycanın məşhur bəstəkarlarının əsərlərini ifa ediblər.

Əvvəlki Yazı

Elnur Məmmədov Avropa Şurası Nazirlər Komitəsinin 134-cü sessiyasında iştirak edib –

Növbəti Yazı

Binəqədidə 10 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məhkəmədə dəymiş ziyanın ödənilməsi tələb olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.