ABŞ prezidenti Donald Tramp, lazım gələrsə, mayın 16-da İstanbula gəlməyə hazır olduğunu, mayın 15-də Rusiya ilə Ukrayna arasında 2022-ci ildən bəri ilk birbaşa təmasların planlaşdırıldığını bildirib.
“Düşünürəm ki, Rusiya və Ukrayna ilə yaxşı iş görəcəyik. Fikirləşin: hər həftə orta hesabla 5 min əsgər öldürülür. Gəlin görək buna necə son qoya bilərik. Getməyi düşünürəm, amma bu gün və sabah sıx iş qrafikimizə görə çox çətindir. Amma nəsə baş versəydi, lazım gəlsə, cümə günü gedəcəm”. (Tass)