Ukraynada münaqişənin həlli məsələsində fürsət pəncərəsi açılıb, NATO ölkələri nizamlanma prosesinə mümkün dəstəyi müzakirə edəcək. Bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan alyans xarici işlər nazirlərinin Antalyada keçirilən qeyri-rəsmi toplantısının qapalı hissəsi başlamazdan əvvəl deyib.
“Əlbəttə, Ukraynadakı müharibəni ədalətli və davamlı əsaslarla bitirmək səylərimiz bugünkü müzakirələrimizin mühüm hissəsi olacaq. Hamınız bilirsiniz ki, Türkiyə bu problemin diplomatik yolla həllinin vacibliyini hər zaman vurğulayır. Üç illik dözülməz iztirablardan sonra nəhayət, bir fürsət pəncərəsi açıldı. Ümid edək ki, İstanbuldakı danışıqlar yeni səhifə açacaq. Bugünkü görüşümüz bu prosesin nə dərəcədə vacib və təkidli şəkildə müzakirə olunacağına dair müzakirələr aparacaq”. Fidan deyib. (Tass)