İyun 19, 2025-11:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Rektor: Vətən müharibəsi zamanı Azərbaycan mediası misilsiz qəhrəmanlıq nümayiş etdirdi 

2025:05:15 - 13:52
in SOSİAL
A A

Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız xalqımızın maariflənməsində, milli kimliyimizin formalaşmasında və dövlətçilik ideyalarının təbliğində mühüm rol oynayıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq konfransın açılış mərasimində Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev deyib.

O bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı ölkəmizdə media və jurnalistika sahəsinə verilən yüksək dəyərin bariz nümunəsidir. Bu yubiley yalnız keçmişə bir baxış deyil, eyni zamanda, mütərəqqi jurnalist nəslinin formalaşmasına, gənc qələm sahiblərinin ruhlandırılmasına verilmiş böyük töhfədir.

Rektor Ümummilli Lider Heydər Əliyevin milli mətbuatın inkişafındakı rolunu xüsusi vurğulayaraq deyib: “Məhz onun rəhbərliyi ilə Azərbaycanda mətbuat üzərində senzura ləğv olundu. Bu, təkcə bir inzibati qərar deyildi — bu, demokratik dəyərlərə, söz və fikir azadlığına verilən önəmin göstəricisi idi. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də media sahəsinin inkişafına xüsusi diqqət yetirir. Təsadüfi deyil ki, media qurumlarının maddi-texniki və hüquqi bazası gücləndirilib, jurnalistlərin fəaliyyətinə əlverişli şərait yaradılıb. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan mediası misilsiz qəhrəmanlıq nümayiş etdirdi. Düzgün və operativ informasiyanın dünya ictimaiyyətinə çatdırılmasında, düşmən təbliğatının qarşısının alınmasında jurnalistlərimizin rolu əvəzsiz oldu”.

E.Babayev qeyd edib ki, bugünkü dövrdə isə medianın müasir çağırışlara uyğunlaşması mühüm əhəmiyyət kəsb edir: “Yeni dövr, yeni yanaşma tələb edir. Bizim əsas hədəfimiz bu çağırışlara cavab verən, peşəkar və vətənpərvər yeni media kadrlarının hazırlanmasıdır. Bakı Dövlət Universitetində bu istiqamətdə əhəmiyyətli addımlar atılır. Yerli media qurumları ilə geniş əməkdaşlıq həyata keçirilir, tələbələrimiz müasir təlim metodları ilə təhsillərini davam etdirirlər. Əminik ki, bu ənənələr gələcəkdə daha da möhkəmlənəcək və Azərbaycan mediası dünya miqyasında öz layiqli yerini daha da möhkəmləndirəcək. Media və jurnalistikada müasir çağırışlara uyğunlaşması vacibdir. Bizim əsas hədəfimiz isə müasir çağırışlara cavab verən yeni kadrların hazırlanmasıdır”.

Əvvəlki Yazı

Tramp: ABŞ 2 ayda 10 trilyon dollarlıq xarici investisiya cəlb edəcək

Növbəti Yazı

Tramp: Qətər ABŞ-dan 42 milyard dollar dəyərində silah alacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.