İyun 18, 2025-2:08
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Qazaxda Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib

2025:05:15 - 14:34
in SOSİAL
A A

Qazax Rayon İcra Hakimiyyətinin və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 15 May – Beynəlxalq Ailə Gününə həsr olunmuş “Ailə siyasətinin formalaşdırılmasında Heydər Əliyevin ardıcıl və məqsədyönlü fəaliyyəti” adlı tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qazax Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə ailə dəyərlərinə həsr olunmuş ”Heydər Əliyev və ailə modeli” filmi nümayiş olunub.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ailə siyasətinin formalaşması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyətindən bəhs edib. Bildirib ki, BMT Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə müvafiq olaraq 1994-cü ildən başlayaraq hər il dünyada Beynəlxalq Ailə günü kimi qeyd olunur. Azərbaycan bu ənənəyə 2008-ci ildən qoşulub. Heydər Əliyev Azərbaycanda ailə ənənələrinin ləyaqətlə davam etdirilməsi üçün hər bir imkan və şəraiti yaratmış, bu işdə dəstəyini xalqdan əsirgəməmişdi.

Tədbirdə Vətən müharibəsi şəhidi Adil Əfəndiyevin atası Qədir Əfəndiyev çıxış edərək deyib ki, bu gün ölkəmizdə xüsusi fərqlənən, nümunəvi və uzunömürlüyü ilə seçilən ailələrimiz çoxdur. Təkcə bu tədbirdə deyil, şəhid ailəsi kimi hər zaman onlara yüksəksəviyyəli diqqət və qayğı göstərilib və bu gün də göstərilməkdədir. Bu gün hər bir azərbaycanlı yüksək ailə dəyərlərini nümayiş etdirərək Vətənini düşməndən qoruyan, düşmənə qan udduran igid, qəhrəman oğulları ilə fəxr edir. Ölkəmizin hər yerində onlara, onların ailələrinə dövlət qayğısı, dövlət dəstəyi ən yüksək səviyyədə özünü göstərməkdədir.

Əvvəlki Yazı

Ərdoğan Ukrayna prezidenti Zelenski ilə görüşüb

Növbəti Yazı

Szijarto: NATO öz müdafiəsini Ukraynanın müdafiəsi ilə qarışdırmamalıdır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.