Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qarşısında duran əsas məsələ Ailə Konsepsiyasının hazırlanmasıdır.
Teleqraf xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Beynəlxalq Ailə Gününə həsr edilmiş “Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda keçirilən konfransda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ailə hər bir xalqın, millətin milli kimliyi məsələsidir. Onu möhkəm qorumalıyıq.
“Bu sahədə beynəlxalq əməkdaşlığa ehtiyac var. Milli maraqları qorumaq lazımdır. İndiyə qədər milli və beynəlxalq səviyyədə bir sıra layihələr icra olunub, müəyyən nəticələr əldə edilib. Azərbaycan ailəsi və onun maraqları, milli dəyərlərimizlə bağlı ciddi tələblər ortaya qoyulur. Bizim bu sahədə ciddi problemlərimiz var”.