Avqust 17, 2025-20:00
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Azərbaycanda aqrodronların kütləvi istehsalına başlanılacaq

2025:05:15 - 16:29
in GÜNDƏM
A A

Azərbaycanda Türkiyə şirkətlərindən biri ilə əməkdaşlıq çərçivəsində aqrodronların kütləvi istehsalına başlanılacaq.

“Report” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov Bakıda keçirilən Aqrar İnnovasiya Forumunda bildirib.

“Həmin şirkət əsasən aqrar sahə üzrə dronların istehsalı məşğuldur və Bakı Mühəndislik Universiteti ilə istehsal sahəsinin qurulmasına dair razılıq əldə edib”, – deyə o qeyd edib.

Xatırladaq ki, bundan əvvəl ölkədə robototexnika istehsalı ilə məşğul olan yerli şirkətlərdən bir qismi sınaq məqsədilə süni intellektə əsaslanan aqrodron istehsal ediblər. Hazırda Azərbaycana aqrodronlar əsasən xüsusi icazə ilə Türkiyə və Çindən idxal olunur.

A.Cəfərovun sözlərinə görə, ölkədə istehsal olunacaq dronlar nazirliyin innovativ avadanlıqlar siyahısına salınacaq: “Yerli fermerlər bu dronlardan aldığı təqdirdə 40 %-lik dövlət dəstəyindən yararlana biləcəkllər”.

Direktor həmçinin deyib ki, Aqrar İnnovasiya Forumunda iştirak edən ölkələrin və qonaqların sayı ildən-ilə artır. “Forumun ilk gününə 4 ölkənin kənd təsərrüfatı naziri qatılıb. Bu gün isə Pakistanın dövlət naziri forumda iştirak edib. Bu, forumun əhəmiyyətini daha da artırır və bizim üzərimizə əlavə məsuliyyətlər qoyur. Bu günkü panelimiz çox əhəmiyyətlidir. Bizim ali təhsil müəssisələrimizin və elmi tədqiqat institutlarımızın böyük potensialı, geniş araşdırmaları və mühüm elmi məhsulları mövcuddur. Lakin gəlin etiraf edək ki, bu bilik və məhsulların düzgün və effektiv şəkildə bazara çıxarılması hələ də arzu olunan səviyyədə deyil. Elmi biliklərin kommersiyalaşdırılması sahəsində universitetlərdə aparılan tədqiqatlar və tədris prosesi ilə bazar tələbləri arasında müəyyən boşluq qalmaqdadır. Bu, təkcə bizim ölkəmizə xas deyil, ümumilikdə müşahidə olunan bir problemdir”.

Əvvəlki Yazı

Elnur Çıraqov Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilib

Növbəti Yazı

Türkiyə Xarici İşlər Nazirliyi: Ukrayna məsələsinin sülh yolu ilə həlli üçün tərəflər güzəştə getməlidir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.