Vladimir Zelenski bəyan edib ki, Kiyev danışıqlar heyəti cümə günü, mayın 16-da İstanbulda qalacaq.
“İstanbula göndərdiyim qrupumuz sabah orada olacaq”, – o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra keçirilən brifinqdə deyib. Eyni zamanda, Zelenskinin sözlərinə görə, görüşün mayın 15-də nə vaxt keçiriləcəyi ilə bağlı “heç bir konkret məlumat yoxdur”.
Mayın 11-də Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskva Ukrayna hakimiyyətinə münaqişənin əsas səbəblərini aradan qaldırmaq və ola bilsin ki, atəşkəsə nail olmaq üçün mayın 15-də İstanbulda 2022-ci ildə kəsdiyi birbaşa danışıqları ilkin şərt olmadan bərpa etməyi təklif edir. (Tass)