İyun 15, 2025-15:44
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MANŞET

Qızı “Laroçka”nı satan ana pulgir olmasaydı, bəlkə də faciə baş verməzdi

2025:05:16 - 11:00
in MANŞET
A A

Saat 17:45-dir, mən isə hələ də tıxacdayam. Deməli saat 6-da başlayacaq “Lara Martin’s Jazz Club” tamaşasına zamanında çata bilməyəcəm. Elə bu vaxt qrup yoldaşım zəng edib uşaqlarla birgə Musiqili Dram Teatrına giriş etdiklərini dedi. Cavabında “məni gözləməyin, siz keçin. Maksimum tez çatmağa çalışacam” dedim. Avtomobili park edib tez-tələsik mərkəzi küçə ilə teatra tərəf qaçıram, tez-tez də saata baxıram. Giriş qapısını güclə tapıb içəri daxil oluram. Bir sözlə, ilk dəfə olduğum teatrda ilk dəfə rus dilində baxacağım tamaşaya düz 10 dəqiqə gecikdim.

Vaxt itirmədən mənə göstərilən yol ilə özümü lazım olan yerə çatdırdım. Zalda qəribə ab-hava duyulurdu. Qaranlıq məkan nisbətən qırmızı işıqlarla qurulmuşdu, sanki gecə klubunu xatırladırdı. Səhnədə 4 qız rəqs edirdi. Əvvəl bunun sadəcə giriş səhnəsi olduğunu düşündüm. Rəqs bitdikdə hər şey aydın oldu. Bu tamaşanın qəhrəmanı Lara Martinin çıxış etdiyi caz klub idi. Tamaşanın Aleksandr Ostrovskinin “Cehizsiz qızı” əsərinin süjeti üzrə qurulduğunu bilirdim, sadəcə yad dildə baş verənləri anlamaq elə də asan olmadı.

Tamaşada baş verən bütün hadisələr elə bu klubda baş verir. Bura gələnlərin bir amalı var: gözəl Laranı ifasını dinləmək. Karandaş ləqəbli barmen, xidmət personalı, musiqiçilər axşam şousuna hazırdırlar.

Ortalıqda bir qadın gəzişir. Müştərilərin hər biri onu çox yaxından tanıyır. Axı o, gözəl və məharətli Laranın anasıdır. Müştərilər Laranın anasına pul verirlər ki, o, qızını səhnəyə çıxarsın. Qadın pulu alıb sevincək qızının otağına qaçır. Lara isə içkili və kefsiz vəziyyətdə yerdə uzanıb. Anası qızına müştərilərin onu səhnədə görmək istədiklərini deyir. Lara isə artıq bu həyatdan bezmiş formada anasına etiraz edir, “mənim artıq anam yoxdur” cümləsini işlədir.

Lara anasının təklifini qəbul edib səhnəyə çıxır və pianoda ifa etməyə başlayır. Ifanın sonunda o hönkürtü ilə ağlayıb yenə də otağında qapanır. Onun ifasını hər kəs bəyənir: müştərilər də, barmen Karandışev da. Klubdakı kişilərin bir çoxu bu qızın onun olmasını istəyir. Lara barmenlə həyat qurmaq istədiyini bəyan etsə də, ürəyi hələ də köhnə sevgilisi Paratovdadır.

Paratov da bir gecə bu kluba gəlir. Özündən əmin formada klubda Laranın anası ilə danışır. Ardınca qızı səhnədə görür, tamaşanın xətti irəlilədikcə köhnə sevgililər yenidən bir arada olur. Lara Paratovla ünsiyyətdən xoşbəxt görünürdü, ancaq xoşbəxtliyi uzun çəkmir. Paratov ona nişanlı olduğunu bildirir. Laranın dünyası başına fırlanır. Elə o bu əhval-ruhiyyədə bir neçə dəfə möhtəşəm ifalar edir.

Hamı Laranın səsinə heyranlıqla qulaq asır. Sonlarda Lara bu eşqdən vaz keçir, özünü əşya adlandırır çünki pulu olan hər kəs onunla əylənmək, vaxt keçirmək istəyir. Həm evli Boss, həm də subay Vojevatov Laranı Parisə aparmaq, onunla əylənmək istəyir. Püsk atılır, Boss qalib gəlir. Qalır Karandışevi kənarlaşdırmaq.

Bossun pulu çoxdur, Karandışev isə kasıb bir barmendir. Boss qıza onu Parisə aparacağını, çox yaxşı gün keçirəcəklərini vəd edir. Lara özünü daha baha qiymətə satmaq qərarını verir, çünki bədbəxtliyinə məhkum olmağı seçmişdi. Bununla barışmayan Karandışev əlindəki silahla Laraya atəş açır.

Gözəlliyi qədər də bədbəxt olan qız yerindəcə keçinir. Karandışev bunu sırf Laranın ondan başqası ilə birlikdə olmaması üçün edir.

Məncə, Laranın taleyinin belə bitməsində anasının payı çoxdur. Pulgir ana öz qızını hər gecə səhnəyə çıxmağa məcbur etməsəydi, onu varlı bir kişiyə verməyə çalışmasaydı, bəlkə də hər şey tamam fərqli ola bilərdi.

Səbiyyə Əliqızı

Əvvəlki Yazı

İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib

Növbəti Yazı

Ana həbsdəki oğluna narkotik keçirmək istəyib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.