İstanbulda Türkiyə, ABŞ və Ukrayna nümayəndələrinin görüşü başa çatıb. Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrdən TASS-a verilən məlumata görə, hadisə Dolmabağçanın prezident ofisində baş tutub və bir saatdan çox davam edib.
İclasda ABŞ-ı dövlət katibi Marko Rubio və Ukrayna üzrə xüsusi elçi Keyt Kelloq təmsil edib. Ukrayna tərəfini Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak və xarici işlər naziri Andrey Sybiha təmsil ediblər. Danışıqlarda Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil edib. (Tass)