ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli üçün Rusiya lideri Vladimir Putinlə görüşün zəruri olduğunu bildirib.
“Biz görüşməliyik. O və mən görüşəcəyik. Düşünürəm ki, biz münaqişəni həll edə biləcəyik. Bəlkə də yox. Heç olmasa, bilərik”, – dövlət başçısı Birləşmiş Ərəb Əmirliklərindən ABŞ-a uçan prezident təyyarəsinin göyərtəsində jurnalistlərə deyib. Yayımı Ağ Evin mətbuat xidməti aparıb. (Tass)