ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Tehrana İranın nüvə proqramı ilə bağlı böhranın həlli üçün yazılı təklif göndərib.
BƏƏ-dən ABŞ-a gedərkən “Air Force One” təyyarəsində jurnalistlərə onun xüsusi nümayəndəsi Steven Witkoff-un Vaşinqtonun rəsmi təkliflərini Tehrana çatdırıb-çatdırmadığı sualına Tramp deyib: “Bəli, onlar təklifi aldılar. Daha da vacibi, onlar tez hərəkət etməli olduqlarını bilirlər [yoxsa pis bir şey olacaq”. Yayımı Ağ Evin mətbuat xidməti aparıb.