Erkən atəşkəs Ukrayna münaqişəsinin həlli üçün vacibdir, Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda Rusiya və Ukrayna arasında danışıqlardan əvvəl salamlama nitqində deyib. Görüş Dolmabağça prezident aparatında keçirilir.
“Biz danışıqlar fürsətindən istifadə etməli və sülhə doğru getməliyik. Gecikmənin hər günü daha çox insanın itkisi deməkdir. Müharibənin davam etdirilməsi insan həyatına son qoyur, atəşkəsə mümkün qədər tez nail olmaq vacibdir. Bizim danışıqlar yolu ilə atəşkəsə nail olmaq imkanımız var. Növbəti mərhələ edəcəyimiz seçimlərdən və atacağımız addımlardan asılı olacaq”, – deyə Fidan bildirib. (Tass)