Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Moskva və Kiyev münaqişənin hansı yolu tutacağına özləri qərar verəcəklər, ancaq iki variant var. O, Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşündən əvvəl salamlama nitqi söyləyib.
“Başa düşdüyünüz kimi, indiki mərhələdə yalnız iki yol var. Bir yol bizi sülhə aparacaq dövrə başlayacaq, digəri isə yeni dağıntılara və insan tələfatlarına səbəb olacaq. Tərəflər bu yollardan hansını seçəcəklərini öz mülahizələri ilə qərar verəcəklər”, – nazir bildirib. (Tass)