ABŞ prezidenti Donald Tramp hesab edir ki, Suriyaya qarşı sanksiyaların yumşaldılması və ölkənin müvəqqəti lideri Əhməd əl-Şaraanın başçılıq etdiyi yeni rəhbərliyi ölkənin uğurlu inkişafının açarı olacaq. O, bunu BƏƏ-dən ABŞ-a uçan prezident təyyarəsinin göyərtəsində jurnalistlərə deyib.
“Biz uğurlu Suriya istəyirik. Əgər ona baxsanız, bu sanksiyalar həqiqətən sərt idi və onlarla birlikdə ölkənin uğur şansı sıfır olardı. İndi onların şansı var və onların lideri güclü fiqur, gənc, enerji ilə doludur, o, yaxşı iş görmək istəyir”, – Tramp Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda bildirib.
Ölkə son 10 ildə iqtisadi cəhətdən böyük zərər çəkib və Tramp hesab edir ki, onun xalqı yeni bir başlanğıc hüququna malik olmalıdır. (Tass)