İyun 17, 2025-20:41
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

İlham Əliyev və Nikol Paşinyan Tiranada görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Albaniyada keçirilən görüşdə sülh prosesi müzakirə olunub.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətni üzərində razılığın əldə olunmasının əhəmiyyəti vurğulanıb. Görüşdə mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb və sülh sazişinin imzalanması prosesinin davam etdirilməsinin vacibliyi qeyd olunub.

Görüşdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və prezidentin köməkçisi Hikmət Hacıyev də iştirak edib. Ermənistan tərəfindən isə görüşə xarici işlər naziri Ararat Mirzoyan və baş nazirin sözçüsü Nazeli Baqdasaryan qatılıb.