Tehran uranı zənginləşdirməyə davam edə bilməz, çünki bu, nüvə silahının yaradılmasına gətirib çıxara bilər. ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffun dediyi kimi, bu, Vaşinqtonun fundamental mövqeyidir.
“Bizim çox aydın bir qırmızı xəttimiz var və bu zənginləşmədir” o, ABC News-a deyib. “Biz imkan verə bilmərik ki, İranın zənginləşdirmə qabiliyyətinin 1%-nə də olsun. Hər şey bizim prinsipial mövqeyimizdən başlayır, bu, zənginləşdirmə qabiliyyətini ehtiva etməyən sövdələşmədir. Biz buna icazə verə bilmərik, çünki zənginləşdirmə nüvə silahlarının yaradılmasına imkan verir”. (Tass)