İsrail Müdafiə Qüvvələri “Gideonun arabaları” kod adlı genişmiqyaslı quru əməliyyatı çərçivəsində Qəzza zolağının şimal və cənubunda yerləşən ərazilərdə hərbi əməliyyatlara başlayıb. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Son həftə ərzində İsrail Hərbi Hava Qüvvələri düşmənin hazırlıqlarını pozmaq və quru əməliyyatlarını dəstəkləmək məqsədilə Qəzza zolağı boyunca 670-dən çox HƏMAS terrorçu hədəfini vuraraq ilkin zərbələr dalğası həyata keçirib”, – deyə məlumatda bildirilir. (Tass)