The National Interest jurnalının müəlliflərinin fikrincə, ABŞ Rusiya ilə qarşıdurmada, ilk növbədə enerji sektorunda əsas müttəfiq kimi Polşaya mərc edə bilər.
Bu fürsət Varşavanın Rusiya sərmayəsindən imtina etməsi və məqalə müəlliflərinin fikrincə, ABŞ prezidenti Donald Trampın dəstəklədiyi “Şimal axını 2” boru kəmərinin tikintisinə etiraz etməsi səbəbindən yaranıb.
Polşa həm də strateji yerləşməsi, sürətlə inkişaf edən iqtisadiyyatı və Amerika enerji sektoru ilə sıx əlaqələri ilə digər Şərqi Avropa ölkələrindən seçilir. Nəşr qeyd edir ki, beləliklə, Polşa “ABŞ-ın Mərkəzi və Şərqi Avropada İtaliya və Rumıniyanın daxil ola biləcəyi yeni enerji ittifaqı üçün təbii lövbər kimi görünür”. (Tass)