Rusiya prezidenti Vladimir Putin, harada olmasından asılı olmayaraq, bütün lazımi kommunikasiya infrastrukturuna, o cümlədən qapalı infrastruktura malikdir. Bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov VGTRK-nın jurnalisti Pavel Zarubinə deyib.
“Prezident harada olur-olsun, bütün kommunikasiya infrastrukturuna malikdir. Həm açıq, həm də qapalı kommunikasiyalar məxfi danışıqlar, o cümlədən dövlətlərarası danışıqlar üçün nəzərdə tutulub”, – Kremlin sözçüsü Putinin Amerika lideri Donald Trampla Rusiya prezidentinin Siriusdan apardığı telefon danışığını şərh edərkən deyib. (Tass)