Fransa da daxil olmaqla bir sıra Avropa ölkəsinin liderləri ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə iki saatdan çox söhbətindən sonra onunla telefonla danışıb. Bunu Fransa prezidenti Emmanuel Makron Versalda “Fransanı seçin” investisiya konfransında çıxışı zamanı deyib.
“Sizi gözlətdiyim üçün üzr istəyirəm, lakin biz bir sıra avropalı həmkarlarımızla birlikdə prezident Putinlə danışıqlarından sonra prezident Trampla telefon danışığı apardıq”, – Makron bildirib. O, Trampla apardığı söhbətin təfərrüatlarını açıqlamayıb. (Tass)