İyun 21, 2025-22:37
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Azərbaycan xüsusi təyinatlıları Serbiya hərbçilərinə təlim keçdilər

Azərbaycan və Serbiya respublikalarının Müdafiə nazirlikləri arasında 2025-ci il üçün imzalanmış “İkitərəfli hərbi əməkdaşlıq planı”na əsasən, Serbiya Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün döyüş hazırlığı üzrə məşqlər keçirilib.

Bu barədə Teleqraf-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) mütəxəssisləri tərəfindən keçirilən hazırlıqda döyüş əməliyyatları zamanı müxtəlif silahların tətbiqi, döyüş düzülüşü, irəliləmə texnikası, pilotsuz uçuş aparatları, müşahidə və zərbə dronlarından istifadə qaydaları və üsulları məşq etdirilib.

Təlim çərçivəsində praktiki atışlar icra olunub.