Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya-Amerika əlaqələri bərpa olunur və bu dialoq iki ölkə arasında əməkdaşlıq üçün ağlabatan əsas olaraq qalır.
“Uzun fasilədən sonra Rusiya-Amerika əlaqələri bərpa olunur; Donald Trampın andiçmə mərasimindən sonra ölkələrimizin liderləri arasında üç telefon danışığı olub”, – diplomat bildirib. Bu onu göstərir ki, hətta ciddi fikir ayrılıqları olsa belə, qarşılıqlı maraqları nəzərə alan bərabərhüquqlu dialoq qarşılıqlı fəaliyyətimiz üçün ağlabatan əsas olaraq qalır”. (Tass)