İyun 17, 2025-1:11
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Qadını boğaraq qətlə yetirdi, meyitini Kürə atdı – TƏFƏRRÜATLAR

Sabirabadda Güdəcühür kənd sakini, 2004-cü il təvəllüdlü Talıbzadə Seyidrəsul Mirmöhsün oğlu qeyri-rəsmi nikahda olduğu Şirvan şəhər sakini, 2009-cu il təvəllüdlü Ələkbərova Nuranə İlkin qızını öldürüb Kür çayına atıb.

Teleqraf xəbər verir ki, hadisə mayın 17-dən 18-ə keçən gecə baş verib.

Yaxınları bildirib ki, bir müddətdir Ə.Nuranə Şirvanda atası evində qalırmış. S.Talıbzadə onu ata evindən gətirib, daha sonra aralarında münaqişə yaranıb. Axşam saatlarında baş verən münaqişə zəminində S.Talıbzadə qadını boğaraq qətlə yetirib və gecə saat 2-dən sonra meyiti Kür çayına atıb.

Hadisədən sonra S.Talıbzadə polisə təslim olub. O polis əməkdaşları tərəfindən hadisə yerinə gətirilib, qadının meyiti çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, cütlük 1 ildir ki, qeyri-rəsmi nikahda yaşayırdılar.