Avqust 25, 2025-13:38
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

İlahiyyat İnstitutu ilə Türkiyənin Doqquz Eylül Universiteti arasında anlaşma memorandumu imzalanıb

2025:05:21 - 11:15
in SOSİAL
A A

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə Türkiyənin Doqquz Eylül Universiteti arasında anlaşma memorandumu imzalanıb.

İlahiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, anlaşma memorandumunda balanslaşdırılmış iştiraka yönəlmiş tələbə mübadiləsi proqramları, təhsil və tədqiqat əməkdaşlığını inkişaf etdirmək üçün akademik heyət mübadiləsi, dərs materialları, elmi nəşrlər və digər tədris resurslarının paylaşılması, birgə tədqiqat layihələrinin araşdırılması, tədris və tədqiqat metodologiyalarının inkişafı, bilik və təcrübə mübadiləsi üçün akademik tədbirlərin təşkili nəzərdə tutulub.

Qeyd edək ki, Aİİ-nin qarşısına qoyduğu məqsədlərdən biri də ali təhsil müəssisəsinin beynəlxalq miqyasında tanınmasına, eyni zamanda, dünya təcrübəsindən istifadə edərək yüksəkixtisaslı kadrlar hazırlanmasına nail olmaqdır. Bu istiqamətdə institut ilahiyyat sahəsində tanınmış dünya universitetləri ilə əlaqələr yaradır, ikitərəfli əməkdaşlığa dair memorandumlar və müqavilələr imzalayır. Hazırda əməkdaşlıq müqavilələri çərçivəsində Aİİ-nin tələbələri xarici ölkə universitetlərində ilahiyyat sahəsi üzrə təhsillərini davam etdirirlər.

Əvvəlki Yazı

Medvedçuk: Kiyevin döyüşləri dayandırmaq üçün peşəkar planı yoxdur və heç vaxt da olmayıb

Növbəti Yazı

Prezident İlham Əliyev Ankarada Qərbi Azərbaycanla bağlı keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.