Avqust 22, 2025-9:38
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Rusiyalı iş adamları sənaye zonalarının fəaliyyətləri barədə məlumatlandırılıb

2025:05:21 - 12:41
in İQTİSADİYYAT
A A

İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) Rusiya Federasiyası Ticarət və Sənaye Palatasının Azərbaycandakı Fəxri nümayəndəliyinin və Rusiya-Azərbaycan Dialoq Assosiasiyasının dəstəyi ilə keçirilən biznes forum çərçivəsində panel iclasda təmsil olunub.

İZİA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin İdarə Heyəti sədrinin müavini Aqil Əzizov İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonaları, burada sahibkarlar üçün mövcud investisiya imkanları barədə məlumat verib, tədbir iştirakçılarının suallarını cavablandırıb.

Tədbirin davamı olaraq forum iştirakçılarının Sumqayıt Kimya Sənaye Parkına tanışlıq səfəri təşkil edilib.

Bununla əlaqədar keçirilən tədbirdə əvvəlcə qonaqlara Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti barədə məlumat verilib, Ağdam Sənaye Parkının rezidenti “Mister Decor” MMC-nin, Sumqayıt Kimya Sənaye Parkının rezidenti STP Şirkətlər Qrupunun nümayəndələri təmsil etdikləri müəssisələrin fəaliyyətləri barədə təqdimatla çıxış ediblər.

50-dən çox iş adamının iştirak etdiyi səfərdə qonaqlar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidentləri “Azertexnolayn” MMC-nin polad boru, “Az-Tex-Import” MMC-nin IVECO markalı yüngül, orta və ağır tonnajlı yük avtomobillərinin, “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərinin, “Azerfloat” QSC-nin vərəqə şüşə istehsalı müəssisələrinin fəaliyyətləri ilə tanış olublar.

Əvvəlki Yazı

Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb

Növbəti Yazı

Dilçi alimlər Türkiyədə beynəlxalq simpoziumda iştirak ediblər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.