İsrail Hərbi Hava Qüvvələri bir gündə Qəzza zolağında 115 radikal hərbi obyektə zərbələr endirib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Hədəflər buraxılış meydançaları, hərbi qurğular, tunellər, terrorçu birləşmələr olub”, – deyə məlumatda bildirilir. Mətbuat xidməti əlavə edib ki, “eyni zamanda, İsrail Hərbi Dəniz Qüvvələri quru qoşunları ilə əməkdaşlıq edərək, Qəzzanın şimalında terrorçuların hədəflərinə zərbələr endirib”. (Tass)