İyun 16, 2025-18:50
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

FHN əməkdaşları 1 yaşlı körpəni xilas etdi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 yaşlı körpənin əlinin plastik oyuncaqda sıxılıb qalması səbəbindən köməkliyin göstərilməsi üçün müraciət daxil olub.

Bu barədə Teleqraf-a qurumun Mətbuat xidmətindən bildirilib.

Müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər tərəfindən 2024-cü il təvəllüdlü körpənin sıxılı vəziyyətdə qalmış əlinin oyuncaqdan təhlükəsiz qaydada çıxarılması təmin edilib.