İyun 17, 2025-16:20
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

İcraçı direktor: Uğurla həyata keçirilən multikulturalizm siyasəti mühüm nəticələr verir

2025:05:21 - 17:21
in SOSİAL
A A

Talışların folkloru Azərbaycanın ümummilli ədəbi-mədəni irsinin ayrılmaz hissəsidir. Bu folklorun toplanması, tədqiqi və yeni nəsillərə ötürülməsi həm elmi, həm də ictimai baxımdan əhəmiyyətli bir vəzifədir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi olaraq bu istiqamətdə fəaliyyət göstərən ziyalıların, elm adamlarının və folklor kollektivlərinin fəaliyyətini daim dəstəkləməyə davam edəcəyik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov folklor tədqiqatçısı Fərbiyə Şabanovanın 85 illik yubileyinə və onun yaradıcısı olduğu “Əvəsor” folklor qrupunun 60 illik fəaliyyətinə həsr edilən “Talış folkloru konserti”ndə çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, Azərbaycan çoxəsrlik tarixə və zəngin mədəni irsə malik bir ölkə kimi, müxtəlif etnik icmaların harmonik şəkildə bir arada yaşadığı, multikultural ənənələrin yaşadıldığı və qorunduğu nadir coğrafiyalardan biridir. Bu xüsusda ölkəmizdə yaşayan bütün xalqların dili, mədəniyyəti və folkloruna xüsusi önəm verilir. “Uğurla həyata keçirilən multikulturalizm siyasəti bu sahədə mühüm nəticələr verir. Azərbaycanda multikulturalizmin dövlət siyasəti səviyyəsində təşəkkül tapması Ümummilli Lider Heydər Əliyevin uzaqgörən strateji yanaşmasının nəticəsidir. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmizdə yaşayan bütün etnik və dini qrupların mədəni hüquqlarının təmin olunmasına xidmət edir. Həmin siyasətin bariz nümunələrindən biri kimi bugünkü tədbir ölkəmizdəki mədəni müxtəlifliyin və zəngin irsin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə icraçı direktor vurğulayıb.

Əvvəlki Yazı

Prezident Kitabxanasında “Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomunun təqdimatı keçirilib

Növbəti Yazı

Türkmənistanın Prezidenti İlham Əliyevi təbrik edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.