İyun 13, 2025-23:00
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MÜSAHİBƏ

Baş katib: “AQEM Azərbaycanın sədrliyi altında tamhüquqlu beynəlxalq təşkilata çevrilməsinə doğru irəliləyir” – MÜSAHİBƏ

2025:05:22 - 15:38
in MÜSAHİBƏ
A A
Qlobal təhlükəsizlik arxitekturasında baş verən dərin dəyişikliklər və Asiyanın beynəlxalq proseslərdə rolunun sürətlə artması fonunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) özünün institusional təşəkkülünün əsas mərhələsinə qədəm qoyur. AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi artıq sadəcə deklarativ məqsəd deyil, həm də iştirakçı ölkələrin kollektiv siyasi iradəsini ifadə edir.Bu transformasiyanın əsas hərəkətverici qüvvələrindən biri Azərbaycandır. Onun sədrliyi dövründə təkcə institusional islahatlara deyil, həm də nəqliyyat bağlantılarının, ekoloji tərəfdaşlığın və gənclər diplomatiyasının təşviqinə diqqət yetirilib. Məhz 2026-cı ilin oktyabrında Bakıda AQEM-in tarixi sammitinin keçirilməsi planlaşdırılır və burada təşkilatın Nizamnaməsinin qəbul edilməsi gözlənilir.Birliyin baş katibi Kayrat Sarıbay “Report“a müsahibəsində gələcək transformasiyanın strateji məqsədləri, regionlararası əməkdaşlığın potensialı, Bakı sammitinin əsas mövzuları və AQEM-in beynəlxalq səviyyədə getdikcə daha çox tanınması, həmçinin təşkilat qarşısında duran çağırışlar barədə danışıb.Müsahibəni oxuculara təqdim edirik:
2026-cı ildə Azərbaycanda keçiriləcək AQEM sammitinin əsas məqsədləri nələrdir? Hansı strateji qərarların qəbul edilməsi planlaşdırılır və birliyin institusional transformasiyası məsələsi nəzərdən keçiriləcəkmi?
Azərbaycanda keçiriləcək AQEM sammiti birliyimizin inkişafında mühüm mərhələ olacaq və Pan-Asiya dialoqunda yeni səhifə açacaq. Onun əhəmiyyəti bir-biri ilə əlaqəli olan proses fonunda xüsusilə artır.Bir tərəfdən, qlobal təhlükəsizlik arxitekturasını dəyişdirən və Asiyanın artan rolunu önə çəkən genişmiqyaslı geosiyasi və iqtisadi dəyişiklikləri müşahidə edirik. Digər tərəfdən isə, AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsinə yönəlmiş mütərəqqi institusional inkişaf prosesi gedir.Azərbaycan sədrliyi üç strateji prioritetə əsaslanan iddialı, lakin ölçülüb-biçilmiş gündəlik həyata keçirir: institusional transformasiya, etimad tədbirləri əsasında sektoral qarşılıqlı fəaliyyətin aktivləşdirilməsi, həmçinin beynəlxalq və regional strukturlarla əməkdaşlığın genişləndirilməsi.Bu prosesin kulminasiya nöqtəsi və Bakı sammitinin əsas nəticəsi təşkilatın yeni hüquqi statusunu təsbit edəcək AQEM Nizamnaməsinin qəbul edilməsi olmalıdır. Xatırladım ki, bu ideya 2022-ci ildə Astanada keçirilən altıncı sammitdə siyasi dəstək alıb. Bu gün Azərbaycan sədrliyinin himayəsi altında mütəmadi olaraq ekspert görüşləri keçirilir və ümid edirik ki, Nizamnamənin layihəsi 2026-cı ilin oktyabr ayının ikinci yarısında keçiriləcək sammitə qədər təsdiqə hazır olacaq.Bununla yanaşı, AQEM-in institusional bazasının genişləndirilməsi üzərində iş aparılır. Xüsusilə iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsi üçün daimi platforma kimi AQEM Maliyyə Sammitinin işə başlaması müzakirə olunur.Həmçinin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin AQEM-in altıncı sammitində irəli sürdüyü təşəbbüslər, o cümlədən regionda nəqliyyat və logistika əlaqələrinin inkişafına yönəlmiş Davamlı Qarşılıqlı Əlaqə Şurasının yaradılması və iqlim gündəliyi üzrə birgə səyləri əlaqələndirəcək AQEM Ekoloji Şurasının təsis edilməsi istiqamətində işlər davam edir.2024-cü ildə AQEM tarixində ilk dəfə keçirilən Ekologiya məsələləri üzrə Nazirlər Konfransı sonuncu təşəbbüsə əlavə təkan verib. Bu, təşkilat çərçivəsində ekoloji əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaradıb. Əminəm ki, Azərbaycanın 2024-cü ilin noyabrında COP29-a uğurlu sədrliyi AQEM çərçivəsində ekoloji gündəliyin irəlilədilməsində aparıcı rol oynayacaq.Həmçinin Azərbaycanın AQEM Qadınlar Şurasının yaradılması ilə bağlı yeni təşəbbüsünü vurğulamaq istərdim. Bu orqan Asiya məkanında qadınların sosial-iqtisadi və siyasi həyatda iştirakının genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması üzrə məşvərət platformasına çevrilməyi hədəfləyir.Hazırda yeni strukturların yaradılması ilə bağlı intensiv məsləhətləşmələr davam edir. Bu təşəbbüslərin bir qisminə 2025-ci ilin sentyabrında Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçiriləcək AQEM Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında baxılması planlaşdırılır.

– Azərbaycanın AQEM-dəki rolunu necə qiymətləndirirsiniz və ölkə hansı istiqamətlərdə daha çox fəallıq göstərir?

Özünü AQEM-in məsuliyyətli və təşəbbüskar üzvü kimi təsdiqləyən Azərbaycan birliyin inkişafına töhfə verir. Ölkə xüsusilə təhlükəsiz və səmərəli nəqliyyat dəhlizlərinin inkişafı sahəsində fəal şəkildə əlaqələndirici rol oynayır. Onun strateji coğrafi mövqeyini və Şərqlə Qərb, Şimalla Cənub arasında müasir tranzit-logistika qovşağının formalaşdırılması istiqamətindəki səylərini nəzərə alaraq, Azərbaycanın regional qarşılıqlı əlaqələrin və nəqliyyat inteqrasiyasının gücləndirilməsinə töhfəsi qitələrarası əhəmiyyət kəsb edir.Bu istiqamətdə konkret addımlardan biri kimi Azərbaycan 2025-2027-ci illər üçün təhlükəsiz və səmərəli nəqliyyat dəhlizlərinin inkişafı sahəsində etimad tədbirlərinin həyata keçirilməsi üzrə yenilənmiş konsepsiya təqdim edib və o, hazırda üzv dövlətlər tərəfindən baxılma mərhələsindədir. Bu sənəd bütün Asiyanın nəqliyyat arxitekturasının gücləndirilməsi üçün istiqamətləri müəyyən edir və daha əvvəl 2022-2023-cü illər üçün oxşar konsepsiya təqdim etmiş Azərbaycanın səylərinin davamıdır.Bundan əlavə, AQEM-ə üzv ölkələrin aparıcı limanlarının rəhbərlərinin görüşünün keçirilməsi planlaşdırılır. Bu, dəniz logistikası, infrastruktur inteqrasiyası və dayanıqlı ticarət marşrutları məsələləri üzrə dialoqu dərinləşdirmək üçün əlavə platformanın yaradılmasına imkan verəcək.Noyabrda Bakıda həmçinin AQEM-ə üzv dövlətlər üçün rəqəmsal transformasiya və innovasiyalar üzrə forum keçiriləcək. Tədbir Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təşkil olunub.

Beləliklə, Azərbaycanın AQEM-dəki rolu bu gün geniş tematik istiqamət, dərinlik və əməli yönümlülüklə xarakterizə olunur.

– Azərbaycan AQEM çərçivəsində hansı əməkdaşlıq istiqamətlərini perspektivli hesab edir? Onun sədrliyi dövründə hansı təşəbbüslər həyata keçirilir?

Azərbaycanın 2025-ci ildə AQEM-ə sədrliyinin gündəliyi zəngindir: əməkdaşlığın əsas istiqamətləri üzrə təxminən iyirmi tədbir planlaşdırılıb. Bunların arasında nəqliyyat və kommunikasiya infrastrukturunun inkişafı, iqlim gündəliyi, kiçik və orta sahibkarlığa dəstək, həmçinin Azərbaycanın yüksək səviyyədə sədrlik etdiyi AQEM Biznes Şurasının işinin aktivləşdirilməsi yer alır.Artıq Biznes Şurasının iclası və biznes forum keçirilib. Bu tədbirlər kiçik və orta sahibkarlığın rəqəmsal transformasiyası, qlobal təchizat zəncirlərinə qoşulması kimi aktual mövzuların müzakirəsi üçün biznes dairələrinin 200-dən çox nümayəndəsini bir araya gətirib.Gənclərə və könüllülüyə yönəlmiş təşəbbüslər bloku xüsusi diqqətə layiqdir. Azərbaycan AQEM Gənclər Şurasına rəhbərlik edir və gənclər gündəliyinin təşviqi üçün onun potensialından istifadə etmək niyyətindədir. Şuranın iclasının bu ilin oktyabrında Bakıda keçirilməsi planlaşdırılır. Bundan başqa, Azərbaycan həmçinin üzv ölkələr arasında akademik və elmi mübadilələri stimullaşdırmağa xidmət edən yeni məsləhət-məşvərət orqanına – AQEM-in aparıcı universitetlərinin Tərəfdaşlıq şəbəkəsinə də rəhbərlik edir.Beləliklə, Azərbaycanın AQEM-dəki rolu bu gün geniş əhatəliliyi, sistemliliyi və praktiki yönümlülüyü ilə seçilir, təşkilatın səmərəli regional platforma kimi güclənməsinə kömək edir.

Azərbaycanın təqdim etdiyi konseptual sənədi necə qiymətləndirirsiniz və sizcə, təklif olunan ideyalardan ən vacibləri hansılardır? Sənəddə AQEM-in beynəlxalq arenada rolunun gücləndirilməsi üçün hansı mexanizmlər təklif olunur və onların həyata keçirilməsi perspektivləri necədir?Azərbaycanın təqdim etdiyi konseptual sədrlik sənədi həm məzmun, həm də strateji baxış nöqteyi-nəzərindən üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilib. O, AQEM-in aydın və iddialı inkişaf istiqamətni müəyyən edir, sədrliyin təkcə təşkilatın institusional əsaslarını möhkəmləndirməyə deyil, həm də onun beynəlxalq arenada rolunu genişləndirməyə can atdığını əks etdirir.Sənəd cari geosiyasi dinamikanı, üzv dövlətlərin aktual ehtiyaclarını nəzərə alır və AQEM-in səmərəli və nüfuzlu regional platforma kimi daha da irəliləməsi üçün hərtərəfli, eyni zamanda real mexanizmlər təklif edir.Prioritet istiqamətlərdən biri AQEM-in beynəlxalq rolunun artırılması və daha da tanınmasıdır. Bu kontekstdə Azərbaycan sədrliyi beynəlxalq və regional təşkilatlarla davamlı və bir-birini tamamlayan tərəfdaşlıqların formalaşdırılmasına xüsusi önəm verir.Bu gün Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Ərəb Dövlətləri Liqası (ƏDL), Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) və Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) AQEM-də müşahidəçi statusuna malikdir. Bununla yanaşı, AQEM əsas beynəlxalq təşkilatlar, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT), BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi (UNODC), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), onun Regional Antiterror Strukturu (RATS) və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə bir sıra anlaşma memorandumları imzalayıb.Onu da vurğulamaq lazımdır ki, AQEM praqmatizm prinsipindən çıxış edir və tərəfdaş strukturlarla sinerji və konstruktiv dialoqu inkişaf etdirərək kollektiv səyləri birləşdirməyə çalışır. Bu yanaşma AQEM-in beynəlxalq nüfuzunun artması üçün möhkəm zəmin yaradır.Regional struktur olaraq AQEM BMT sistemi, onun ixtisaslaşmış qurumları, həmçinin sülh, dayanıqlı inkişaf və təhlükəsizlik məqsədlərini bölüşən digər platformalarla qarşılıqlı fəaliyyətə doğru istiqamətlənib. Bu əlaqələrin genişləndirilməsi və birgə tədbirlərin keçirilməsi universal təşkilatlar üçün vacib autriç (xarici kommunikasiya) mexanizmi kimi nəzərdən keçirilir və AQEM-in qlobal dialoqa daha fəal inteqrasiyasına kömək edir.Bu yanaşmada praktiki effektə artıq nail olunub. Belə ki, 2023-cü ildə Nyu-Yorkda BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində BMT-nin baş katibinin müavinləri – Haolyan Syuy (UNDP), Armida S.Alişahbana (ESCAP) və Rola A.H.Daştinin (ESCWA) iştirakı ilə tematik yan tədbir təşkil edilib. 2024-cü ildə Banqkokda ESCAP-ın 80-ci sessiyası çərçivəsində AQEM və ESCAP katiblikləri tərəfindən “Asiya və Sakit okean regionunda dayanıqlı inkişaf naminə rəqəmsal innovasiyalardan istifadə” mövzusunda birgə yan tədbir keçirilib.Təsirli alətlər arasında birgə layihələrin həyata keçirilməsini qeyd etmək olar. Qazaxıstanın təşəbbüskarı olduğu və İslam Ərzaq Təhlükəsizliyi Təşkilatı ilə birlikdə Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) iştirakı ilə həyata keçirilən AQEM Fondunun ilk layihəsi olan “Mərkəzi Əfqanıstanda dayanıqlı inkişaf üçün buğda becərilməsinin inkişafı” buna parlaq nümunədir. Layihə çərçivəsində 300 fermerə 15 ton elit yazlıq buğda toxumu və 45 ton gübrə verilib ki, bu da ərzaq təhlükəsizliyinin və yerli icmaların dayanıqlılığının möhkəmləndirilməsinə töhfə olub.Bütün bu nümunələr təsdiqləyir ki, Azərbaycanın sədrliyi altında AQEM beynəlxalq rolunu gücləndirmək və daha çox tanınmaq üçün praktiki alətlərdən fəal şəkildə istifadə edir. Təşkilat üzv dövlətlərin gözləntilərinə və müasir beynəlxalq gündəmin çağırışlarına uyğun olaraq inamla yeni inkişaf mərhələsinə qədəm qoyur.

– Ortamüddətli perspektivdə AQEM-in gələcəyini necə görürsünüz? Təşkilat bu gün hansı əsas çağırışlarla üzləşir və onların aradan qaldırılmasında Azərbaycanın rolu nədən ibarətdir?

– Yuxarıda Azərbaycan sədrliyinin prioritetləri və bu gün AQEM-in yüksələn xətlə inkişafını müəyyən edən iddialı məqsədlər haqqında ətraflı danışdım. Söhbət dərin institusional transformasiyadan, yeni istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsindən, məşvərət mexanizmlərinin gücləndirilməsindən və xarici tərəfdaşlıqların möhkəmləndirilməsindən gedir. Bütün bu proseslərə üzv dövlətlərin gözləntiləri ilə sıx əlaqədə və 2022-ci ildə altıncı sammitdə qəbul edilmiş AQEM-in transformasiyası haqqında Astana bəyannaməsi ruhunda start verilib.Məhz bu sənəddə cari inkişaf mərhələsinin siyasi əsası formalaşdırılıb: AQEM-in tamhüquqlu regional beynəlxalq təşkilata çevrilməsi üçün strukturlaşdırılmış, mərhələli və konsensusa əsaslanan prosesin başlanması, gələcək əməkdaşlığın geniş spektrinin müəyyənləşdirilməsi, institusional arxitekturanın möhkəmləndirilməsi, qarşılıqlı əlaqənin, dayanıqlı inkişafın və bərabər iqtisadi artımın təşviqi, həmçinin AQEM-in məqsəd və dəyərlərini bölüşən xarici tərəfdaşlarla açıq qarşılıqlı fəaliyyətə can atma.Bütün bunların fonunda AQEM qarşısında böyük çağırışlar durur. Bu çağırışlar artan geosiyasi turbulentlik şəraitində daxili birlik və konsensusun qorunması, institusional dayanıqlılıq və uyğunlaşmanın təmin edilməsi, üzv dövlətlərin maraqlar balansını pozmadan transformasiya vəzifələrinin həyata keçirilməsi və nəhayət, AQEM-in nüfuzlu, səmərəli və tələbatın olduğu ümumAsiya dialoq və əməkdaşlıq platforması kimi təsdiqlənməsini əhatə edir.Bu kontekstdə sədrlik edən tərəf kimi Azərbaycanın rolu xüsusi əhəmiyyət kəsb edir. Ölkə konstruktiv və sistemli həllər təklif edərək strateji liderlik, siyasi ardıcıllıq və çeviklik nümayiş etdirir. Azərbaycanın sədrliyi altında AQEM dialoq platforması formatından çevik, praqmatik və konkret nəticələrə yönəlmiş yeni nəsil tamhüquqlu beynəlxalq təşkilata çevrilmək yolunda inamla irəliləyir.Əminəm ki, mövcud dinamika və üzv dövlətlərin yüksək səviyyəli iştirakı saxlanılarsa, ortamüddətli perspektivdə AQEM təkcə öz transformasiyasının əsas mərhələlərini uğurla başa çatdırmayacaq, həm də özünü qitədə hərtərəfli təhlükəsizliyi və dayanıqlı əməkdaşlığın inkişafını təmin edən yetkin, nüfuzlu və həqiqətən də tələb olunan Pan-Asiya təşkilatı kimi təsdiq edəcək.

 

 

Əvvəlki Yazı

Dağıstanın iqtisadiyyat və ərazi inkişafı naziri Sumqayıt Kimya Sənaye Parkında olub

Növbəti Yazı

Səhiyyə Nazirliyinin aparatının işçilərinin say həddi artırılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.