İyun 18, 2025-2:09
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

“Azərişıq” süni intellektin tətbiqi ilə bağlı tədqiqatlara başlayır

“Azərişıq” ASC süni intellektin tətbiqi sahəsində araşdırmalar həyata keçirir.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə məlumat verib.

Onun sözlərinə görə, hazırda Tədris və İnnovasiyalar Mərkəzində süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı tədqiqatlar aparılır: “Artıq biz rəqəmsallaşma və innovativ texnologiyaların tətbiqi istiqamətində müəyyən süni intellekt elementlərindən istifadə edirik. Lakin bu proses hələlik tədqiqat mərhələsindədir. Gələcəkdə konkret layihə səviyyəsinə çatdıqda, bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.