Ukrayna möcüzəni və 1991 və ya 2022-ci illərin sərhədlərinə qayıdışını gözləməməlidir.Bunu hazırda Ukraynanın Londondakı səfiri postunu tutan Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı deyib.
“Ümid edirəm ki, bu otaqda hələ də hansısa möcüzəyə, Ukraynaya sülh gətirəcək bir növ ağ qu quşuna, 1991-ci və ya 2022-ci illərin sərhədlərinə və bundan sonra böyük xoşbəxtliyin olacağına ümid bəsləyənlər qalmayacaq”, – o, “Təhlükəsizliyin ixracı: Ukrayna silahları dünyadadır” forumunun kənarında deyib. Zalujnın fikrincə, Rusiyanın kifayət qədər resursları olduğu müddətdə bu, mümkün deyil.
O, əlavə edib ki, Ukrayna hazırda “fəlakətli iqtisadi vəziyyətdədir” və Kiyev də hərbi əməliyyatlar aparmaq üçün insan resursları çatışmazlığı yaşayır. (Tass)