Moskva və Kiyev danışıqların növbəti raundlarının keçiriləcəyi məkanla bağlı hələlik razılığa gəlməyiblər. Bu barədə TASS-ın sualına cavab olaraq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Xeyr, danışıqların növbəti yeri ilə bağlı hələlik heç bir qərar və ya razılaşma yoxdur. Təbii ki, bu qərarı bir tərəf verə bilməz. Bunun üçün hər iki tərəfin razılığı lazımdır. Zamanı gələndə bu qərar təbii olaraq veriləcək”, – Kreml sözçüsü bildirib. (Tass)