İyun 17, 2025-11:51
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Batumidə yaşayan Qərbi azərbaycanlı: İnanıram ki, tezliklə Zəngəzura qayıdacağıq

2025:05:25 - 12:26
in SOSİAL
A A

Bu gün dünyanın bir çox ölkəsində, o cümlədən Gürcüstanın Acarıstan Muxtar Respublikasının Batumi şəhərində 28 May -Müstəqillik Günü qeyd olunur. Biz də bu bayramı sevgi ilə qeyd edirik. Biz, eyni zamanda, bu bayramı dədə-baba yurdumuzda – Zəngəzurda qeyd edəcəyimiz günü səbirsizliklə gözləyirik. İnanırıq ki, həmin gün uzaqda deyil.

Bu sözləri AZƏRTAC-a müsahibəsində əslən Qərbi Azərbaycandan olan və hazırda Batumi şəhərində logistika sahəsində çalışan Əşrəf Cəfərov deyib.

O qeyd edib: “Bizim ata-babalarımız 1948-ci ildə indiki Ermənistanın Zəngəzur bölgəsindən didərgin düşüblər. Atam və babam daim o torpaqların həsrətini çəkirdi. Onlar deyirdilər ki, vaxt gələcək azərbaycanlılar öz torpaqlarına qayıdacaqlar. Amma biz inanmırdıq. İndi isə bu inam artıb və bütün Qərbi azərbaycanlılar həmin günü gözləyirlər”.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəsinin qəlbi Vətən həsrəti ilə döyünən insanlarda bu inamı alovlandırdğını vurğulayan müsahibimiz bildirib: “Otuz il işğal altında qalan torpaqları azad etmək böyük şücaət tələb edirdi. Azərbaycan Prezidentinin qətiyyəti nəticəsində bu Qələbə qazanıldı. Bu gün biz də Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hazırlanan Böyük Qayıdış konsepsiyasının reallaşması üçün əlimizdən gələni etməyə hazırıq. Gürcüstanda məskunlaşmış bütün Qərbi azərbaycanlılar bu konsepsiyanın həyata keçməsi üçün Azərbaycan dövlətinin ətrafında sıx birləşiblər. İnanırıq ki, çox yaxın vaxtlarda biz sülh yolu ilə öz torpaqlarımıza – Zəngəzura qayıdacaq, Vətən həsrəti ilə dünyadan köçən ata-babalarımızın ruhunu şad edəcəyik”.

Əvvəlki Yazı

ÜHST-nin Baş direktoru AQTA-nın nümayəndə heyəti ilə görüşüb 

Növbəti Yazı

Azərbaycan Müasir İncəsənət Muzeyində “Pink planet” adlı fərdi sərgi açılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.