Maltanın baş naziri Robert Abela bildirib ki, Valletta tezliklə Fələstini dövlət kimi rəsmən tanıyacaq. Bu barədə Times of Malta qəzeti məlumat yayıb.
Onun məlumatına görə, Abela hökumətin niyyətlərini Mostadakı siyasi tədbir zamanı açıqlayıb. O qeyd edib ki, Malta Qəzza zolağında baş verən faciəyə göz yuma bilməz.
“Ölkəmizdə Fələstinin dövlət kimi tanınıb-tanınmaması ilə bağlı 45 illik müzakirələrdən sonra Fələstin dövlətini məhz mənim rəhbərliyimdəki hökumət tanıyacaq”, – deyə siyasətçi bildirib.
Abela rəsmi tanınma tarixini açıqlamayıb, lakin o, prosesin BMT-nin 20 iyun konfransından sonra baş tutacağını bildirib. (Tass)