İyun 17, 2025-1:43
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Komissiya üzvü: İndiyədək əfv sərəncamları ilə azadlığa çıxanlar cinayət törətməyib

2025:05:26 - 12:56
in SİYASƏT
A A
Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam nəticəsində 175 şəxsin qalan cəzası tamamilə bağışlanır. 25 şəxsin azadlıqdan məhrum etmə ilə bağlı cəzasının qalan hissəsi yarıyadək azaldılır, azadlığı məhdudlaşdırılan 10 şəxsin cəzası tamamilə əfv edilir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Zahid Oruc bildirir.

Əfv sərəncamının müstəsna əhəmiyyəti

Zahid Oruc qeyd edib ki, indiyədək 70-dək əfv sərəncamı imzalanıb, son əfv sərəncamı da müstəsna əhəmiyyət kəsb edir: “İndiyədək əfv sərəncamları ilə azadlığa çıxmış 9 min nəfərə yaxın şəxsin heç biri növbəti dəfə cinayət törətməyib. Prezidentin addımı insanlar tərəfindən düzgün qiymətləndirilib. Onlar bunu özlərinə, ailələrinə olan münasibət kimi hesab edib. Bunun üçün də təkrar cinayətə yol verməyiblər. Eyni zamanda ötən dövrdə qəbul edilən amnistiya aktları da nəzər alınsa, birmənalı deyə bilərik ki, deyə bilərik ki, Azərbaycan humanist dövlətdir”.

Milli həmrəyliyi gücləndirən addım

Onun sözlərinə görə, Komissiya son 3 ay yarım ərzində 7 iclas keçirib, saatlarla müzakirə aparılıb: “Bu Sərəncamın qərəzli, müəyyən siyasi mövqedən qiymətləndirilməsi yolverilməzdir, buna qarşı kampaniyalar təşkil edilməsinin heç bir əsası yoxdur. Məhkumlar bir-birindən hüquqlarına görə fərqlənmirlər. Qələbəmizin 5 illiyi dönəmində milli həmrəyli gücləndirən addım kimi bu insanların hər biri Prezidentə dua edirlər, Azərbaycan dövlətinin bu xeyirxah addımını yüksək qiymətləndirilər. Bu sərəncamların icrası zamanı penitensiar müəssisələrdə də bunun şahid oluruq. Hər bir insanın həyatında səhvlər olur, qanunsuz əməllər törədə bilər. Ən başlıcası orada islah olunmaqla çıxmaq, cəmiyyətə tam hüquqlu vətəndaş kimi dönməkdir. Biz bu addımın da mühüm əhəmiyyətini belə qiymətləndiririk”.

Əvvəlki Yazı

Azərbaycan nümayəndə heyəti Özbəkistanın müxtəlif dövlət qurumlarının fəaliyyəti ilə tanış olublar

Növbəti Yazı

Sabah ölkə ərazisində 32 dərəcə isti olacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.