İyun 17, 2025-1:58
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənddə “Kitab həftəsi”ndə iştirak edib

2025:05:26 - 14:26
in MƏDƏNİYYƏT
A A

Daşkənd şəhərinin “Turon” informasiya-Kitabxana Mərkəzində V Respublika “Kitab həftəsi”nin açılışı olub. Tədbirdə ölkəmizi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan üçün ayrılmış guşədə ölkəmizin bayrağı, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, Heydər Əliyev Fondu tərəfindən “Qarabağ həqiqətləri” seriyasından rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər nümayiş etdirilib.

Nəşrlər arasında Azərbaycan Mədəniyyət Mərkəzinin özbək dilində çap etdirdiyi böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si, İmadəddin Nəsiminin “Cananı sevərmən”, “Azərbaycanca-Özbəkcə, Özbəkcə-Azərbaycanca lüğət” kitabları, Azərbaycan-Özbəkistan ədəbi əlaqələri mövzusunda əsərlər və digər nəşrlər olub.

Tədbir zamanı folklor kollektivləri və məktəb şagirdləri şifahi xalq yaradıcılığı ilə bağlı mahnılar ifa ediblər, şairlərin şeirləri oxunulub.

Qeyd edək ki, tədbir Özbəkistan Respublikası Nazirlər Kabinetinin “2020-2025-ci illər üçün oxu mədəniyyətinin inkişafı və Dəstək Milli Proqramının təsdiq edilməsi haqqında” qərarı əsasında keçirilir və 2021-ci ildən başlayaraq hər il təşkil olunur.

Bu il tədbirlər “Özbəkistan oxucular ölkəsidir” şüarı altında keçirilib. Tədbir çərçivəsində Daşkənd vilayətinin regionlarında mütaliənin geniş təbliğinə yönəlmiş müxtəlif layihələr, həmçinin yeni nəşr olunmuş kitabların təqdimatları keçirilib.

Əvvəlki Yazı

Tural Gəncəliyev: Qərb ölkələri islamofobiyanı yerli sakinlərə sırıyırlar

Növbəti Yazı

TRT radiosunda 28 May – Müstəqillik Gününə həsr olunan proqram yayımlanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.