Yəhudi dövləti İslam Respublikasına qarşı güc tətbiq etməyə cəhd edərsə, İran silahlı qüvvələri İsrail ərazisinə növbəti raket zərbəsi endirməyə tam hazırdır. Bunu İran ordusunun baş komandanı Əbdülrəhim Musəvi deyib.
“Hazırda orada [İsraildə] cinayətkarlar, uşaq qatilləri və axmaqlar hakimiyyətdə olduğundan istənilən səhv mümkündür. Əgər onlar yeni “Əsl vəd” almağa tələsirlərsə (İran keçən ilin aprel və oktyabr aylarında İsrailə raket zərbələri endirdiyini belə adlandırır ), o zaman biz tam hazırıq və bütün keçmiş vədlərimizi yerinə yetirəcəyik”, – deyə Tasnim agentliyi onun sözlərindən sitat gətirir.
Hərbi liderin sözlərinə görə, İsrail məhdud imkanları səbəbindən İrana hər hansı ziyan vurmaq iqtidarında deyil. Musəvi vurğulayıb ki, eyni zamanda, İslam Respublikası İsrailə və onun müttəfiqlərinə “meydan oxumağa” qadirdir. (Tass)