Almaniya hökuməti “Şimal axını” boru kəmərinin ümumiyyətlə işə salınmayacağını güman edir. Bunu jurnalistlərə açıqlamasında Almaniya Nazirlər Kabinetinin sözçüsü Şteffen Meyer deyib.
“Hökumətin “Şimal axını” ilə bağlı mövqeyi dəyişməyib. Biz onun işləyəcəyini güman etmirik”, – Mayer deyib.
Daha əvvəl Financial Times yazıb ki, Almaniya kansleri Fridrix Merz Aİ-nin “Şimal axını” layihəsinə qarşı mümkün yeni sanksiyalarını dəstəkləyir, çünki Avropa səviyyəsində boru kəmərlərinin bərpasına qadağanın tətbiqi Almaniyanın daxili siyasətində layihənin taleyi məsələsini bağlayacaq.
FT-nin mənbələrindən biri bildirib ki, Aİ-nin “Şimal axını” ilə bağlı sanksiyaları boru kəmərlərini idarə edən şirkəti və ya onların idarə edilməsi və bərpa işlərini öz üzərinə götürə biləcək digər şirkətləri hədəfə ala bilər. (Tass)