Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl (Almaniya Sosial Demokrat Partiyası, SPD) Ukraynanın alman silahlarının Rusiya ərazisinə endirmə diapazonunun məhdudlaşdırılması məsələsində Berlinin kurs dəyişikliyini rədd edib.
“Ukrayna Silahlı Qüvvələrinə verilən silahların çeşidinə gəlincə, demək istəyirəm ki, əvvəlki hökumətin etdiklərindən kənara çıxacaq yeni saziş yoxdur”, – vitse-kansler Berlində keçirdiyi mətbuat konfransında deyib.
Öz növbəsində, Klinqbeyl partiyasının üzvü, SPD fraksiyasından Bundestaqın deputatı Ralf Şteqner RND redaksiyası ilə müsahibəsində qeyd edib ki, kansler Fridrix Merzin Rusiya Federasiyasına qarşı Almaniyanın silah zərbələrinin endirilməsi hüdudlarının götürülməsi ilə bağlı açıq bəyanatları “faydalı deyil”. “Ümumiyyətlə, mən müharibəni genişləndirən hər şeyi yanlış hesab edirəm”, – deyən parlamentar diplomatik səylərin intensivləşdirilməsini müdafiə edib.
Merzin sözləri beləliklə, hətta öz hakim koalisiyasının sıralarında da anlaşılmazlığa səbəb oldu. Bazar ertəsi kansler bəyan edib ki, onun ölkəsi Ukraynanın Rusiya ərazisinə alman silahları ilə zərbə endirmə məsafəsinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırır. Siyasətçinin sözlərinə görə, oxşar qərarı Böyük Britaniya və Fransa da verib.(Tass)