Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın mesajlarını Rusiya prezidenti Vladimir Putinə çatdırıb və Rusiya prezidenti ilə görüşü vacib adlandırıb.
“Əziz dostum cənab Lavrova mənə verdiyi qəbula görə təşəkkür edirəm. Bir ildən sonra bu gün yenidən Moskvaya qayıtdığım üçün sevincimi bildirmək istəyirəm. Dünən mühüm görüşlərimiz oldu. Cənab Putin məni qəbul etdi. Prezidentimizin salamlarını və dəyərli mesajlarını ona çatdırdım. Biz İstanbulda Rusiya prezidentinin köməkçisi Vladimir Medinski və digər rusiyalı rəsmilərlə də görüşdük”. Fidan rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında deyib. (Tass)