İyun 6, 2025-12:35
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Baş icraçı direktorun müavini: “SAB” yeni avadanlıqlara yatırım edir”

2023:10:27 - 13:01
in İQTİSADİYYAT
A A
Müasir dünyamız çox sürətli bir dəyişiklik və transformasiya içərisindədir. Son illərdəki inkişaf sürəti, iqtisadi və texnoloji baxımdan əldə edilən məqam bizim təsəvvür etdiyimizdən çox-çox irəlidədir. İndi gələcəyə dair proqnoz verərkən bir neçə deyil, çox istiqamətli proqnozları birlikdə qiymətləndirməli, fəaliyyətlərimizi planlaşdırarkən davamlılığa olan töhfəsini, eləcə də təmin ediləcək iqtisadi faydanı nəzərə almalıyıq.

Bunu “SAB” əmtəə nişanının məxsus olduğu “Zəhmət-Ruzi” MMC-nin Baş icraçı direktorunun müavini Naib Abayev bildirib.

“Yarandığı gündən istehlakçılara dad və yenilik mənbəyi olan məhsulları təqdim edən “SAB” milyonlarla insan üçün nəsillər boyu əvəzolunmaz brendə çevrilib. Ələlxüsusda, vurğulamalıyam ki, “SAB” tarixində son bir ildə görülən işlər və aparılan iqtisadi islahatlar, o cümlədən əldə edilən böyük naliyyətlər hər kəsə məlumdur. Xüsusilə şirkətin bütün istehsalat proseslərində istifadə edilən avadanlıqların yeni, innovativ texnoloji avadanlıqlarla əvəz olunması başlıca əhəmiyyət kəsb edir. Məhz yeni və düzgün idarəetmə nəticəsində “SAB”, qısa zamanda böyük uğurlara imza atıb, yeni məhsullar, xidmətlər sərgiləyib”, – deyə o qeyd edib.

“Biz davamlı və gəlirli artım məqsədi ilə doğru zamanda düzgün qərarlar qəbul etməyə diqqət yetirir və bu strategiya ilə irəliləyirik. Ölkəmizdə, Qafqazda, habelə dünya iqtisadiyyatındakı canlanma siqnallarının dəstəyi ilə fəaliyyət göstərdiyimiz sektorlarda iddialı və güclü mövqeyimizi hər zaman qoruyub saxladıq və bu yolda uğurla davam edirik. Müştərilərimizin və istehlakçıların gözləntilərini, ehtiyaclarını dəqiq təhlil edərək, yeni məhsul və xidmətlər hazırlanmasına, o cümlədən yeni nəsil avadanlıqlarla daha gigiyenik, ekoloji təmiz, müasir istehsal avadanlıqlarının cəlb olunmasına diqqət yetirdik. Texnologiya və rəqəmsallaşmanı biznes proseslərimizə inteqrasiya edərək, güclü dəyişikliyin və istehsal sektorlarımızın qabaqcıllarından biri olmağı bacardıq”, – deyə N.Abayev vurğulayıb.

“SAB” öz sektorunda ətraf mühitə uyğun, istehlakçıları və əməkdaşları üçün dəyər yaradan, qabaqcıl texnologiya sistemləri və peşəkar kollektivə sahib ən uğurlu şirkətdir. Şirkətimiz cəmiyyətin, habelə alıcıların sağlam keyfiyyətə asanlıqla çatması missiyasını üzərinə götürüb. Xalqımızın, gənclərimizin gələcəyini düşünən “SAB” təbii, halal və geni modifikasiya olunmamış, təhlükəsiz xammaldan istifadə etməklə gələcək nəsillərin sağlamlığını sığortalayır. “SAB” sektorda qabaqcıl, keyfiyyətdə və texnologiyada lider, ətraf mühitə diqqətli, hər daim yenilikçi olmaq məqsədilə yeni hədəflərə addımlayır. Sonda onu da bildirim ki, müştəriyönümlü strategiyamıza əsasən müştərilərdən gələn rəyləri dəqiq təhlil edərək, dəyişən istehlak vərdişlərinə uyğun olaraq məhsul və xidmətləri inkişaf etdirməyə davam edirik. Şübhəsiz ki, biz hələ bu uğurlu yolun başlanğıcındayıq və gələcək planlarımızda “SAB” dünya brendinə çevriləcək”, – deyə Baş icraçı direktorun müavini əlavə edib.

Əvvəlki Yazı

Bakıda dönərdən zəhərlənən şagirdlər evə buraxılıb – YENİLƏNİB

Növbəti Yazı

Dövlət Komitəsinin sədri: “Son üç ildə elə hadisələrlə qarşılaşmışam ki, danışılası deyil”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.