Almaniyanın xarici işlər naziri Johann Wadephul Ukraynada atəşkəsin əldə oluna biləcəyinə inanır. “Biz atəşkəs haqqında danışmağa davam edirik və mən bunun əldə edilə biləcəyinə inanıram” deyib Wadephul.
Mayın 28-də Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Vaşinqtonda amerikalı həmkarı Marko Rubio ilə görüşəcək və orada atəşkəs məsələsini qaldırmağı planlaşdırır. “Amerika prezidenti ilə bütün fikir ayrılıqlarımıza baxmayaraq, biz razıyıq ki, bu dəhşətli müharibə mümkün qədər tez başa çatmalıdır”, – Almaniyanın xarici siyasət idarəsinin rəhbəri təsdiqləyib. (Tass )