Ötən həftə Romada keçirilən ABŞ-İran danışıqlarının sonuncu raundu konstruktiv olub və tərəflər tezliklə yenidən görüşməyə razılaşıblar. Bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus deyib.
“Müzakirələr həm birbaşa, həm də dolayı olub və iki saatdan çox davam edib”, – o, jurnalistlər üçün keçirilən növbəti brifinqdə deyib.
“Danışıqlar konstruktiv davam edir. Biz daha da irəliləyiş əldə etdik. Hər iki tərəf yaxın vaxtlarda yenidən görüşmək barədə razılığa gəliblər”, – Bruce deyib. (Tass)