Həkimlərdən ibarət ilk xarici nümayəndə heyəti anklavın Misirlə sərhədində yerləşən Rəfah keçid məntəqəsi vasitəsilə blokadaya alınmış Fələstinin Qəzza zolağına daxil olub. Bu barədə Al Hadath telekanalı məlumat yayıb.
Onun məlumatına görə, “həkimlərdən ibarət heyət Qəzzaya humanitar yardım aparan başqa bir yük maşın karvanının anklav daxil olduğu vaxt daxil olub”.
Rəfahdan Qəzzaya keçməzdən bir müddət əvvəl nümayəndə heyətinin üzvləri Misir ərazisində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri ilə görüşüblər. Telekanal Fələstin anklavına gedən ilk qrupa neçə həkimin daxil olduğunu dəqiqləşdirməyib.