Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Hərbi Hava Qüvvələrinin Suriyada İranın silah anbarlarına endirdiyi zərbəni şərh edərkən Fələstin və İsrail arasında münaqişə bütün regionda gərginliyə səbəb olduğunu bildirib.
“Zərbələrə gəlincə, Fələstin-İsrail gərginliyi, əlbəttə ki, regionda daha geniş kontekstdə gərginliyə səbəb olur, bu, çox pisdir”, – Kreml sözçüsü bildirib.
Eyni zamanda o, Rusiya hərbçilərinin Suriyadakı münaqişəyə cəlb oluna biləcəyindən heç bir qorxusu olmadığını bildirib: “Xeyr, hazırda belə bir qorxu yoxdur”. (Tass)