İyun 16, 2025-12:46
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Hikmət Hacıyev: İlham Əliyevin rəhbərliyi ilə Laçın Qafqazın ən gözəl şəhərlərindən birinə çevrildi

Laçın – 30 illik işğal və vandallıqdan sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Qafqazın ən gözəl şəhərlərindən birinə çevrilib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”də paylaşım edib.

“Laçın – 30 illik işğal və vandallıqdan sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Qafqazın ən gözəl şəhərlərindən birinə çevrilib, təbiətinin füsunkar gözəlliyi ilə valeh edən şəhər, bu gün Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə üç qardaş ölkənin – Azərbaycan, Pakistan və Türkiyənin Zirvə Görüşünə ev sahibliyi edir!”- paylaşımda deyilir.