Fələstin Qızıl Aypara Cəmiyyətinə məxsus Qəzza zolağının cənubundakı Əl-Qüds və Əl-Əmal xəstəxanaları yanacaq çatışmazlığı səbəbindən 24 saat ərzində bağlana bilər. Bu narahatlığı təşkilatın nümayəndəsi Nibal Farsax dilə gətirib.
“Əl Qüds və Əl Amal xəstəxanalarımız yanacaq çatışmazlığı səbəbindən 24 saat ərzində bağlanmalı ola bilər. Biz onlarla insanı təcili yardım maşınlarına yükləyirik, mümkün qədər çoxunu xilas etməyə çalışırıq. Artıq heç bir tibbi protokola əməl etmirik, yalnız insanlıq prinsiplərinə əməl edirik. The Washington Post onun sözlərini sitat gətirir : “Bizim dərman, humanitar yardım və yanacaq tükəndi” .
“Hər saat yüzlərlə xəstəni görürük, amma başqa çarəmiz yoxdur. Xəstələr dəhlizlərdə uzanmağa məcbur olurlar və biz reanimasiya şöbəsi üçün elektrik enerjisinə qənaət etmək üçün liftlərdən və kondisionerlərdən imtina etməliyik”, – Farsax əlavə edib. (Tass)